Estoniya və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

"Güclü müttəfiqlik əlaqələrimizi təsdiq edərək, ABŞ-nin Estoniyadakı hərbi mövcudluğuna, Estoniya bölməsinin inkişafına töhfəyə, kibermüdafiə sahəsində əməkdaşlığa və birgə satınalmalara diqqət yetirən müdafiə sahəsində əməkdaşlıq sazişimizi yenilədik", - məlumatda qeyd edilib.

Razılaşma həmçinin təlimlərin keçirilməsi, müttəfiq bölmələrin birgə fəaliyyəti üçün lazımi infrastrukturun yaradılması və bəzi digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Tallin ilə Vaşinqton arasında ilk müdafiə sahəsində əməkdaşlıq sazişi 2019-cu ildə imzalanıb.