Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 390-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 711-ə çatıb. İndiyədək 26 665 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 793 aktiv koronavirus xəstəsi var.report