Ermənistanda daha 469 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 162-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 688-yə çatıb. İndiyədək 25 244 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 032 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistanda 439yoluxma və 16 ölüm faktı qeydə alınmışdı.report