Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.

İqtisadiyyat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.

Əlavə edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.