Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

TŞ üzvlərindən başqa, respublika prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, baş nazir Aparatının rəhbəri Araik Arutyunyan, Milli Assambleya sədrinin müavini Ruben Rubinyan, Milli Assambleyanın xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan və Milli Assambleyanın "Mülki razılaşma" fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.

İclasda cari gündəm və strateji məsələlər müzakirə olunub. Lakin təfərrüatlar verilməyib.