Ermənistan Moskva üçün ağır və mənasız yükə çevrilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın"Nezavisimaya qazeta" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, Ermənistan "öz tarixini və mədəniyyətini" həddindən artıq yüksək qiymətləndirib (hərçənd antik tarixin bugünkü geosiyasətlə nə əlaqəsi var?)". İrəvan özünün böyük dövlətlərlə münasibətlərinə və böyük dövlətlərdə öz diasporuna çox güclü inanıb. Ermənistanda formalaşan istehlak cəmiyyəti avtomatik olaraq müdafiə qavrayışının kəskin zəifləməsinə səbəb olub.

Müəllifin fikrincə, Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki Zəfərindən sonra yenə də Qarabağda formalaşmış separatçıların qəti uğursuzluğunun "bu qədər tez və tam" olacağı təəssüratını yaratmamışdı (hərçənd münaqişənin ümumi nəticəsi göz qabağında idi)".

Məqalədə Ermənistanı bu vəziyyətə salan faktorlar kimi ölkənin zəif demoqrafik, iqtisadi, elmi-texnoloji və hərbi potensialı göstərilib. Müəllifin sözlərinə görə, Ermənistanın geosiyasi mövqeyi də qənaətbəxş deyil.

"Ermənistan postsovet tarixinin başlanğıcında Rusiya yönümlü idi. Bu seçim uzun müddət doğru oldu. Təəssüf ki, Moskva Ermənistan istiqamətində öz xarici siyasətinin dəyişməz şablonu üzrə işləyirdi və bu müstəsna olaraq mövcud hakimiyyətlə qarşılıqlı əlaqədən, Rusiyaya qarşı dəyişməz sevgi və dostluq andından ibarət idi", - məqalədə deyilir.

Qeyd olunduğu kimi, qondarma "Qarabağ klanı" hakimiyyətdən sıxışdırıldıqca Ermənistanda müxtəlif Qərb, ilk növbədə ABŞ strukturları fəaliyyət azadlığı əldə etdi.

"Onlar öz şablonları üzrə fəaliyyət göstərirdi və təəssüf ki, Moskvanın şablonlarından daha səmərəli oldu. İrəvanda anti-Rusiya nümayişləri tədricən normaya çevrildi. Sonra isə faktiki çevrilişlə hakimiyyətə Nikol Paşinyan gəldi. O, Tbilisi və Kiyevdən fərqli olaraq, Moskva ilə münasibətləri rəsmi olaraq tam pozmadı, lakin faktiki olaraq hər şey dərhal aydın oldu", - müəllif yazır.

Məqalənin müəllifi erməni həmsöhbətlərinin son zamanlarda kütləvi heyrət doğurucu məlumatlar verdiyini qeyd edir.

"Deyirlər ki, 2020-ci ildəki müharibədə Ermənistan rus silahları və rus metodları ilə döyüşdüyü üçün məğlub oldu. Ermənistan Rusiyaya yeni silahlar üçün çox pul ödədi, Rusiya isə silahları ona vermədi. Deyirlər ki, Qərb Ermənistana müasir silah satmır, çünki o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvdür. Yuxarıda qeyd olunan rəylər sürrealizmindən, yəqin ki, ən diqqətəlayiq olanı silahla bağlı olandır. Ermənistanı silahlara görə ödəniş etdiyi, Rusiyanın isə silahları vermədiyi barədə isə Ermənistanın rəsmiləri (o cümlədən, bu yaxında Paşinyan) çoxdan danışır. Lakin nə ödənilən məbləğlər, nə də alınan silahların növləri və kəmiyyəti, çatdırılma müddəti barədə - ümumiyyətlə, heç bir konkret məlumat qeyd olunmur. Bu səbəbdən bu açıqlamalara inanmaq bir qədər çətindir. Bununla belə, məlum olur ki, İrəvanın Qərb silahları üçün pulu var (o, demək olar ki, həmişə Rusiya silahlarından xeyli bahalı olur)! Maraqlıdır ki, Qazaxıstanın KTMT-yə üzvlüyü nə üçünsə ona yetərincə nəzərə çarpan dərəcədə silah almağa mane olmur. Bu gün NATO Fransası Ermənistanın KTMT-də olmasından narahat olmur və artıq silah satmağa başlayıb", - məqalədə deyilir.

Məqalədə qeyd olunduğu kimi, hazırda Rusiyaya qarşı olan Ermənistan Moskva üçün ağır və mənasız yükə çevrilir.

"Bundan sonra, ümumiyyətlə, heç kimə maraqlı olmayacaq", - deyə müəllif yazır. (Trend)