“Ermənistana köçmüş ruslar dövlətdən əlavə güzəştlər ala bilərlər - bu yolla yerli hakimiyyət Rusiyadan işləyən vətəndaşları uzun müddət ölkədə saxlamaq istəyir.”

Bunu Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Vaan Kerobyan bildirib:

“Bizim Ermənistanda yaşayan və işləyən Rusiya vətəndaşlarına münasibətimizdən xəbəriniz var. Biz hər şeyi etməliyik ki, onlar Ermənistanda mümkün qədər uzun müddət qalsınlar. Ölkədən gedən ruslar üçün mümkün vergi artımının nəticələri yumşaldılacaq.”

Bildirilir ki, rusiyalıların ölkəyə gəlişi fonunda yanvar-oktyabr aylarında Ermənistanda iqtisadi aktivlik göstəricisi 14 faiz artıb. Eyni zamanda, ticarət və xidmət sahələrində artım 2021-ci illə müqayisədə müvafiq olaraq 15,5 və 27,9 faiz təşkil edib.