"Türk Dövlətləri Təşkilatı olaraq tutacağımız mövqe digər təşkilatlara da nümunə olacaq. Rusiya-Ukrayna müharibəsinin enerji, qida və nəqliyyat kimi sahələrdə yaratdığı fəsadlar bütün dünyaya mənfi təsir göstərir. Biz ədalətli sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Meqa enerji və nəqliyyat infrastrukturu layihələri həmişə türk dövlətləri arasında əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan xam neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Trans Anadolu boru kəməri buna konkret misaldır.

Xəzər dənizinin təbii qazının Türkiyə və Avropaya nəqli həm türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova