"Türkiyə Ukrayna böhranının həlli və taxıl müqaviləsinin bərpası üçün səylərini davam etdirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

"Biz daha ədalətli dünyanın mümkün olduğuna inandığımız üçün bütün tərəflərin gözləntilərinə cavab verəcək ədalətli şərtlərlə taxıl dəhlizinin yenidən açılması üçün səy göstərəcəyik. Ukrayna münaqişəsinin həlli istiqamətində də fəal çalışacağıq", - Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə Ukraynada müharibəni dayandırmaq üçün səy göstərən yeganə ölkədir. 

“Biz sülhə olan ümidləri artırmaq üçün əlimizdən gələni edəcəyik”, - Türkiyə lideri əlavə edib.