Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlılarının bölgəni tərk edəcəyi tarix barədə danışıb. 

İqtisadiyyat.az xəbər verir ki, Ərdoğan mətbuata açıqlamasında sülhməramlıların müqaviləyə uyğun olaraq 2025-ci ildə bölgəni tərk edəcəyini bildirib. 

Belə ki, jurnalistin sülhməramlıların fəaliyyəti və bölgədəki varlığının nə vaxta qədər davam edəcəyi, Türkiyə tərəfininin bu məsələyə münasibətinin nə olması sualına Ərdoğan belə cavab verib:

"Bizim mövqeyimizdən çox razılaşmanın şərtləri önəmlidir. Şərtlərə görə, sülhməramlılar 2025-ci ildə bölgəni tərk edəcək. İnanıram ki, Rusiya müqaviləyə sadiq qalacaq. Qardaşım Əliyev də bu məsələni izləyir".