Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsini müzakirə etmək üçün zəng edə bilər.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, danışıqların yaxın günlərdə baş tutacağı gözlənilir.

Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə birlikdə Afrikaya 1 milyon ton rus taxılını tədarük etmək niyyətindədir.

 

Gözəl Həşimova