"Regionda ədalətli və davamlı sülhün yeganə yolu iki dövlətli həll vizyonunu müdafiə etməkdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

"Türkiyə Fələstin davasına ən güclü şəkildə dəstəyini davam etdirir. Müqəddəs yerlərin tarixi status-kvosunu dəyişdirməyə yönəlmiş hərəkətləri qəbul edə bilmərik. Fələstinlilərin birliyi bu prosesin əsas elementlərindən biridir".

Ərdoğan bildirib: "Mahmud Abbasın Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər etdiyini vaxtdan bəri onunla müxtəlif vəsilələrlə sıx əlaqə saxladıq. Ölkəmizdə keçirilən son seçki prosesində Fələstin xalqının bütün təbəqələrinin dəstəyini və dualarını bizimlə hiss etdik. Sevimli qardaşımın simasında Fələstin xalqına paylaşdıqları sevincə görə təşəkkür edirəm. Ümid edirəm ki, yüz milyonlarla bacı-qardaşımızın etimadını puç etməyəcəyik”.

"Regionda ədalətli və davamlı sülhün yeganə yolu iki dövlətli həll vizyonunu müdafiə etməkdir. Başda Məscidül-Əqsa olmaqla müqəddəs yerlərin tarixi status-kvosunu dəyişməyə yönəlmiş hərəkətləri qəbul etməyimiz mümkün deyil. Fələstinli qardaşlarımız arasında birlik və barışıq bu prosesin əsas elementlərindən biridir. Bu sahədə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha əziz qardaşımla bölüşdüm", - Ərdoğan bildirib.