Çinin milli valyutasının (yuan) beynəlxalq hesablaşmalarda payı bu ilin iyun ayında 0,23% bəndi artaraq 2,77% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq "SWIFT" sisteminin məlumatlarında qeyd olunub.

Çin yuanı ötən ay ən çox istifadə olunan beynəlxalq valyutalar sıralamasında beşinci yerini qoruyub. Belə ki, yuanla edilən ödənişlərin ümumi dəyəri 12% artıb.

Məlumata görə, hesablaşmalarda dolların payı isə 42,6%-dən 42%-ə enib. Buna baxmayaraq, dollar beynəlxalq hesablaşmalarda liderliyini davam etdirir. Bu siyahıda ikinci yerdə avro qərarlaşıb. Bu valyutanın beynəlxalq hesablaşmalarda payı 31,7%-dən 31,25%-ə enib.

Beynəlxalq hesablaşmalarda üçüncü yeri isə Britaniya funtu tutur. Bu dövrdə valyutanın payı 6,47%-dən 6,88%-ə yüksəlib.

 

Gözəl Həşimova