Ukrayna Premyer Liqasında XXVI turun oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya"da növbəti görüşünə çıxıb. Sözügedən komanda səfərdə "Kolos"la qarşılaşıb. Görüş "Aleksandriya"nın qələbəsiylə başa çatıb - 2:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib. Mustafayev hər iki qolun məhsuldar ötürməsini edib.

"Aleksandriya" çempionatda 26 oyundan sonra 42 xalla 5-ci sıradadır.