"Sosial müavinət və təqaüdlər 5 dəfə artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İnsan Resursları Zirvəsinin açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçib:

"Ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, ciddi mövqeyə malik olan bir dövlətə çevrilib. Eyni zamanda sosial, məşğulluq və əmək münasibətləri sahəsində də böyük uğurlar əldə olunub. Qısa dövr ərzində ölkədə minimum əməkhaqqı və təqaüdlər 2.7 dəfə, yəni 170 faiz artırılıb".