16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.

Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.

Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.