Ekvadorda həbsxanada baş verən iğtişaşda ölənlərin sayı 31-ə çatıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, iğtişaşda yaralanan 14 nəfərin müalicəsi davam etdirilir. 

Hökumətdən verilən açıqlamada fövqəladə vəziyyətin elan edilməsindən sonra gərginliyin artdığı Esmeraldasda yerli həbsxanasında 15 mühafizəçi və 2 personalın girov götürüldüyü bildirilib. Polis qrupunun hücuma məruz qaldığı şəhərdə yanacaqdoldurma məntəqələrinə partlayıcılar qoyulub, bir çox avtomobil yandırılıb. Baş Prokurorluğun binasına molotof kokteyli ilə hücum nəticəsində bir mülki vətəndaşın yaralandığı bildirilib.

Ekvador prezidenti Gilermo Lasso isə ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.