ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) gələn il üçün neftin qiyməti ilə bağlı proqnozunu kəskin endirib.

İqtisadiyyat.az qurumun aylıq hesabatına istinadən xəbər verir ki, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 82,57 dollar olacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozla müqayisədə 11 % və ya 10 dollar azdır.

Proqnozlara görə, bu ilin sonuna "Brent" markalı neftin bir barelinin qiymətinin 82,4 dollar olacağı gözlənilir.

Bundan əlavə, WTI markalı xam neftin bir barelinin orta qiymətinin bu il 77,63 dollar, gələn il isə 78,07 dollar olacağı proqnoz edilir.

 

Gözəl Həşimova