Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağışından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində azı 27 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nuristan əyalətində gecə boyu yağan güclü qarın sürüşmə və uçqunlara səbəb olduğu bildilirilib.

Təbii fəlakət nəticəsində çoxlu sayda ev uçqun və torpaq altında qalıb. Hazırda axtarış-xilasetmə işləri davam edir, indiyədək 25 nəfərin cəsədi tapılıb, 8 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova