Əfqanıstanın şimal vilayətlərini paytaxt Kabilə birləşdirən yeganə qapı Salanq tunelində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 30-u keçib.

Talibanın müvəqqəti hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Şaraft Zaman mövzu ilə bağlı son məlumatları mətbuatla paylaşıb.

Zaman indiyə qədər tuneldə baş verən qəzada həyatını itirənlərin sayının 31-ə, yaralıların sayının isə 37-yə yüksəldiyini bildirib.

Qeyd edək ki, dağıntılar altında qalan insanların olduğu deyən sözçü axtarış-xilasetmə işlərinin davam etdiyini, ölən və yaralananların sayının arta biləcəyini qeyd edib.