Əfqanıstanın şimalındakı Bəlx vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. 

Məlumata görə, yerli vaxtla saat 15:50-də baş verən zəlzələnin episentri vilayətin mərkəzi rayonu olan Məzari Şərifdən 19 kilometr cənub-qərbdə olub.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələ Əfqanıstanın şimal əyalətlərində və qonşu ölkələr Özbəkistan və Türkmənistanda hiss olunub.

Ötən ilin oktyabrında Əfqanıstanın şimal-qərbindəki Herat vilayətində baş verən 5-6,5 bal gücündə zəlzələlər nəticəsində 2500 nəfərin həyatını itirdiyi açıqlanmışdı.