Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerin konstitusiya quruluşu bərpa olunana qədər təşkilata üzvlüyünü dayandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ECOWAS-n "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş mesajda deyilir.

"Dekabrın 10-da keçirilən ECOWAS sammitində devrilmiş prezident Məhəmməd Bazum hökumətinin hərbi çevrilişlə devrilməsi təsdiqləndi. Buna görə də, 10 dekabr 2023-cü il tarixindən etibarən Nigerin bütün ECOWAS qərar qəbuledici orqanlarında iştirakı ölkədə konstitusiya quruluşu bərpa olunana qədər dayandırılır", - deyə məlumatda bildirilir.

Həmçinin dekabrın 10-da Abucada keçirilən ECOWAS sammitində Nigerə qarşı sanksiyalar uzadılıb.

Qeyd edək ki, bu ilin iyulun 26-da prezident qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq Niger prezidenti Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb.