Şəmkirin Şiştəpə kəndi el arasında “Azərbaycanın ən varlı kəndi” hesab olunur. 

Buna səbəb bu kənddə baş tutan təmtəraqlı məclislərdir. Kənd sakinlərindən bəzilərinin xeyir işlərinə yerli və əcnəbi məşhurların dəvət olunması Şiştəpəni insanların gözündə “ən varlı kənd”ə çevirib. Bəs əslində həqiqətən belədirmi?

ARB TV-nin əməkdaşları sözügedən kənddən xüsusi reportaj hazırlayıblar. Süjetdən aydın olur ki, bu yaxınlarda türkiyəli müğənni Ebrü Gündeşin dəvət olunduğu kənddə insanlar içməli su problemindən əziyyət çəkir.  

İqtisadiyyat.az ARB TV-nin “Diqqət Efir” layihəsində yayımlanan həmin süjeti təqdim edir.