Zimbabve dolları son bir ayda dollara nisbətdə artım baxımından dünyanın ən yaxşı valyutası seçilib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, son bir ayda Zimbabve dolları ABŞ dollarına nisbətdə 41,8% möhkəmlənib.

Məlumata görə, bu valyutadan sonra dollara nisbətdə ən çox bahalaşan pul vahidləri leone (13,3%) və Alban lekidir (9,5%).

Əlavə edək ki, Zimbabve dolları son onilliklərdə dünyanın ən pis valyutası olub. 2009-cu ildə ölkə inflyasiya sürətini dayandıra bilmədiyi üçün öz ödəniş vasitələrindən tamamilə imtina edib. 2019-cu ildə isə Zimbabve dollarının dövriyyəsi bərpa olunub, lakin ölkənin maliyyə sistemini sabitləşdirmək mümkün olmayıb.

Bundan əlavə, 2022-ci ildə Zimbabve dünyada ən yüksək inflyasiyaya malik ölkə olub. Buna baxmayaraq, Afrika ölkəsi dünya ticarətində öz dollarından daha fəal istifadə etməyə çalışır.

 

Gözəl Həşimova