İtaliya hakimiyyəti dünyanın ən uzun asma körpüsünün tikintisi üçün “minillik planı”nı həyata keçirməyə hazırlaşır.

İqtisadiyyat.az "Naked Science"a istinadən xəbər verir ki, körpü ölkənin materik hissəsini Siciliya adası ilə birləşdirən Messina boğazından keçəcək.

Dənizin nazik təbəqəsi üzərində tikiləcək bu körpünün uzunluğu təqribən 3300 metr olacaq. Bununla da o, dünyanın ən uzun asma körpüsü olacaq.

Ekoloqlar və bir çox memarlar plana şübhə ilə yanaşıblar. Lakin İtaliyanın infrastruktur naziri Matteo Salvini bildirib ki, bütün risklərə və şübhələrə baxmayaraq, dünyanın ən uzun asma körpüsü tikiləcək.

Layihə 15 il davam edəcək və onun büdcəsi ən azı 12 milyard avro təşkil edəcək.

 

Gözəl Həşimova