2024-cü ildə səyahət üçün ən təhlükəli və ən güvənli ölkələrin adları açıqlanıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq "SOS" şirkətinin tərtib etdiyi siyahıdakı təhlükəsiz ölkələr iqlim dəyişikliyi və sağlamlıq kimi kateqoriyalara nəzərən seçilib.

Siyahıda dünyanın ən təhlükəsiz ölkələri bunlardır: Danimarka, İsveçrə, Norveç, Lüksemburq və İslandiya.

Dünyanın ən təhlükəli ölkələri isə Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somalidir.

 

Sadiq Cavadov