Yaponiya dünyanın ilk taxta peykini buraxacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Yapon alimləri ağacdan hazırladıqları peyklə tarixin ən qeyri-adi kosmik gəmilərindən birini hazırlayıblar.

Kosmik gəminin ekoloji cəhətdən təmiz alternativ olacağına ümid edilir. Taxta peyk Yerə qayıdarkən isə tamamilə yanıb kül olacaq.

"LignoSat" adlı peykin maqnoliya ağacından hazırlandığı bildirilib. Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübələrdə maqnoliya ağaclarının çatlara daha davamlı olduğu müəyyən edilib. Kosmik gəminin bu yay orbitə çıxarılması gözlənilir.

 

Gözəl Həşimova