Bu ilin üçüncü rübündə dünyada qızıla tələb illik ifadədə 6% azalaraq 1147 ton təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb.

Hesabat dövründə qızıla investisiya tələbi ötən illə müqayisədə 56% artıb. Eyni zamanda, külçə və sikkələrə qoyulan investisiyalar illik müqayisədə 14% azalaraq 296 tona düşüb.

Bildirilib ki, üçüncü rübdə qızıla tələbat 5 illik orta göstəricidən 8% yuxarı olub.  Qlobal mərkəzi banklardan qızıla tələb isə ilin əvvəlindən bəri illik müqayisədə 14% artaraq 800 ton təşkil edib.

 

Gözəl Həşimova