Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Hesabata görə, bu il qlobal neft tələbi gündəlik 102,11 milyon barel olacaq. Bu da əvvəlki proqnozla eynidir.

Gələn il üçün dünya üzrə neft tələbinin isə gündəlik 104,36 milyon barel olacağı proqnozlaşdırılır, bu da əvvəlki proqnoza bərabərdir.

Qeyd edək, ötən il qlobal gündəlik neft tələb 99,66 milyon barel olub.

 

Gözəl Həşimova