Dünyanı davamlı şəkildə qidalandırmaq qarşıdakı onilliklərdə ən aktual problemlərdən biridir. Bu işdə ət əsas rol oynayır. Ət bütün dünyada bir çox insan üçün vacib qida mənbəyidir. Ətə qlobal tələb isə ilbəil artır. Belə ki, son 50 ildə ət istehsalı üç dəfədən çox artıb.
Bəs dünyada nə qədər ət istehsal olunub?
İqtisadiyyat.az dünya statistikasına əsasən araşdırma aparıb.
Araşdırmalara görə, 2016-2023-cü illər arasında dünya üzrə ət istehsalının həcmi 317 milyon tondan təqribən 350,5 milyon tona yüksəlib. Bununla belə, ət istehsalının ətraf mühitə böyük təsirləri var – artan istixana qazı emissiyaları, kənd təsərrüfatı torpaqları və şirin sudan istifadə. Dünyanın ən aktual problemlərindən biri ət, süd və digər zülal məhsullarının ətraf mühitə təsirini azaldacaq şəkildə istehsal etmək və istehlak etməkdir.
Asiya 2021-ci ildə təxminən 152 milyon ton ilə dünyanın ən yüksək ət istehsalına malik bölgəsi hesab olunub. Həmin il Amerika qitəsi 111,7 milyon tonla siyahıda ikinci yerdə qərarlaşıb.
Ümumillikdə dünyada 2016-2023-cü illərdə ət istehsalı belə olub:
İl |
Ət istehsalı |
2016 |
317,1 milyon ton |
2017 |
323 milyon ton |
2018 |
327 milyon ton |
2019 |
325 milyon ton |
2020 |
328 milyon ton |
2021 |
329,2 milyon ton |
2022 |
345,1 milyon ton |
2023 |
350,5 milyon ton |
Gözəl Həşimova