Dünyada 3 220 847 nəfər koronavirusa yoluxub.

Yeniavaz.com xəbər verir ki, infeksiyadan ölənlər 228 239 nəfər təşkil edir. Sağalanların sayı isə 1 001 008 nəfərə çatıb.

Avropada koronavirusdan 483 885 nəfər sağalıb.

ABŞ-da bu göstərici 147 411, İspaniyada 132 929, İtaliyada isə 71 252 nəfərdir.

Türkiyədə 44 040, İranda 73 791, Rusiyada 10 286, Ermənistanda 900, Gürcüstanda 178 nəfər koronavirusdan sağalıb.

Azərbaycanda isə koronavirusdan 1 267 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.