Dünyada yeni növ koronavirusdan sağalan insanların sayı 740 min nəfəri ötüb.
Yeniavaz.com xəbər verir ki, COVİD-19-a yoluxanların sayı isə 2 milyon 700 minə yaxındır.
Ölkələrdə və bölgələrdə yeni yoluxmalar haqqında məlumatların tərtib edildiyi "Vorldometer" saytının məlumatına görə, virusa yoluxmuş 740379 nəfər xəstəliyi məğlub edə bilib. Sağalananların ölkələr üzrə bölgüsü belədir: 
İspaniya – 89 250, 
ABŞ - 84825, 
Çin - 77 207, 
İran - 64 843, 
İtaliya - 57 576, 
Fransa - 42 088, 
Braziliya - 25318, 
İsveçrə- 19 900 nəfər. 
Türkiyədə isə indiyə qədər 18 491 nəfər öz sağlamlığına qovuşub.
Dünya üzrə yoluxanların sayı 2 699 462 nəfər, ölənlərin sayı isə 188 930 nəfərdir. Hazırda 1 770 153 nəfər aktiv müalicə alır.