2022-ci il üzrə dünyada ən çox düyü istehsal edən ölkələrin siyahısı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.
Araşdırmalara görə, dünyada düyü istehsalı sahəsində lider ölkə Çindir. Buna səbəb isə ölkə əhalisinin çox olmasıdır.
Ölkə |
İllik istehsal həcmi |
Çin |
208,494,800 ton |
Hindistan |
196,245,700 ton |
Banqladeş |
57,189,193 ton |
İndoneziya |
54,748,977 ton |
Vyetnam |
42,672,338 ton |
Tayland |
34,317,028 ton |
Myanma |
24,680,200 ton |
Filippin |
19,756,392 ton |
Kamboca |
11,624,000 ton |
Pakistan |
10,983,081 ton |
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan düyü idxalına 42,5 milyon dollar xərc çəkib. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,29 %-ni təşkil edib.
Gözəl Həşimova