Fransa polisi Fransa yığmasının Argentinaya uduzduğu dünya çempionatının (DÇ) finalından sonra baş verən iğtişaşlar zamanı 200-dən çox adamı saxlayıb . Bu barədə Le Figaro məlumat yayıb .

Nəşrin məlumatına görə, küçələrdə baş verən kütləvi toqquşmalar zamanı asayiş keşikçiləri 227 vətəndaşı, o cümlədən 47-si Parisdə və onun ətraflarında saxlanılıb. Qeyd olunur ki, Fransa millisinin məğlubiyyətindən sonra paytaxtda yüzlərlə polis də daxil olmaqla, 14 mindən çox təhlükəsizlik qüvvələri asayişi təmin edib.

Le Figaro yazır ki, Yelisey meydanında iğtişaşçılar polis əməkdaşlarına şüşə və atəşfəşanlıq atıblar, buna cavab olaraq təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə ediblər.