Dünya Bankının Ukraynaya yardım üçün daxili vəsaiti demək olar ki, tükənib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Dünya Bankı məlumat açıqlayıb.

Məlumata görə, Ukrayna iqtisadiyyatının vəziyyəti ilə bağlı ciddi risklər var.

Bildirilib ki, Dünya Bankı Ukraynaya yardım etmək üçün 24 milyard dollardan çox vəsait səfərbər edib. Bu vəsaitin təxminən 90 faizi təşkilatın özü tərəfindən deyil, Yaponiya, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla qarantlar və donorlar tərəfindən təmin edilib.