Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası Tacikistanda təhsil keyfiyyətinin yaxşılaşdırılması üçün 50 milyon dollar qrant ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Müvafiq layihənin əsas məqsədi seçilmiş ümumtəhsil məktəblərində tədris şəraiti və mühitin keyfiyyətinin yaxşılaşdırılmasıdır. 2023-2029-cu illər üçün nəzərdə tutulan layihənin ümumi dəyərinin qrant şəklində 50 milyon dollar olduğu bildirilir.