Dünya Bankı iqtisadi imkanlar yaratmaq və qadınlar üçün sosial təminatları genişləndirmək üçün Meksikaya 700 milyon dollar ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

Məlumata görə, bu vəsait hər gün orta hesabla 20 qadının öldürüldüyü bir ölkədə aktual məsələ olan gender bərabərsizliyinin aradan qaldırılmasına, daha yaxşı iş yerlərinin yaradılmasına, ictimai nəqliyyatda və sistemlərdə təhlükəsizliyin yaxşılaşdırılmasına kömək etmək üçün nəzərdə tutulub.