Dünya Bankı (WB) Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”, - deyə nazir bildirib.