İsmayıllı rayonunda yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Hacı Bədəl” məscidini bərpa edəcək şirkət məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bərpa işlərini "JP Coneco Group" şirkətinə həvalə edib.

Məscidin bərpası ilə bağlı Agentliklə şirkət arasında 410.623,76 manat dəyərində müqavilə bağlanılıb.

Qeyd edək ki, Hacı Bədəl məscidi 1854-cü ildə inşa olunub. Məscid XIX əsrin tarixi-memarlıq abidələrindən biri kimi dövlət tərəfindən qorunur.