Mərkəzi Avropada baş verən daşqınlar Rumıniya, Polşa, Çexiya və Avstriyada 16 nəfərin həyatına son qoyub.

İqtisadiyyat.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

İndiyədək 16 nəfərin həlak olduğu bildirilir - 7 nəfər Rumıniyada, 5 nəfər Polşada, 3 nəfər Çexiyada və 1 nəfər Avstriyada.

Polşa Baş nazir Donald Tusk fövqəladə iclas keçirib və daha sonra evakuasiya və xilasetmə işlərini asanlaşdırmaq üçün su basmış ərazilərdə fəlakət elan edib. O, həmçinin hökumətin qurbanlara dərhal 1 milyard zloti (260 milyon dollar) təzminat ödəyəcəyini bildirib

Polşada baş verən daşqınlar bəndləri partladıb. Nisa şəhərindəki bir xəstəxana 40-a yaxın xəstəni təxliyə etməyə məcbur olub.

 

Gözəl Həşimova