"Özəl sektorda uğur qazanan peşəkarların dövlət sektoruna yönəlməsi halları artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İnsan Resursları Zirvəsinin açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, dövlət sektorunda yaradıcı, yeniliklərə can atan təcrübəli insanların sayının artırılmasına ehtiyac var:

"Özəl sektorda məhdudiyyətlər azdır. Dövlət sektorunda isə məhdudiyyətlər çoxdur. Bütün hallarda hər iki sektorda sistemli nəzarət mexanizmi qurulmalıdır. İnanıram ki, hər bir rəhbər buna çalışır. Sadəcə olaraq sistemli nəzarətdə işçilərin təşəbbüskarlığının qarşısı alınmamalıdır. Obyektiv yanaşma stimullaşdırıcı tədbirdir. İstənilən qurumun uğur qazanmasında işçilərin birliyi vacibdir".