Dollar/TL gündəlik olaraq 18% artaraq 13 lirə səviyyəsini qıraraq yeni rekorda imza atıb. Avro/TL də 15 tl səviyyəsinə yüksəlib.

İnkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən çox dəyər itirən valyuta türk lirəsi olub.
Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatla bağlı açıqlamaları və FED sədri Cerom Pauelin yenidən namizəd olmasından sonra Dollar/TL 13-ü keçərək rekord qırıb. Avro/TL isə 15 səviyyəsinə yüksəlib.

Çərşənbə axşamı günü 18 faiz dəyər itirərək inkişaf etməkdə olan ölkələrin pul vahidləri arasında ən çox dəyər itirən valyuta türk lirəsi, ikinci yeri isə Meksika pesosu tutub. Türk lirəsinin ucuzlaşması sentyabr ayından bu yana 62 faizdən çox olub.