Braziliyanın DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda zədələnən və uzun müddət meydanlardan uzaq qalacağı gözlənilən Neymarın böyük qalmaqalın ortasında olduğu iddia edilib. De la Kruzla ikili mübarizədən sonra zədələnən Neymarın sol diz ön çarpaz bağın qopmasından əlavə menisk zədəsi aldığı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, dizindən ciddi zədə alan Neymarın bu cümə axşamı Belo Horizontedə əməliyyat olunacağı açıqlansa da, ulduz futbolçu əməliyyatdan əvvəl həkimlərin bir neçə gün istirahət istəyinə qulaq asmayıb.

Braziliya mətbuatında yer alan xəbərlərə görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına məxsus olan Neymar oktyabrın 29-u şənbə və 30-u bazar günləri Rio-de-Janeyrodakı malikanəsində iki günlük şənlik təşkil edib.

Orada olanların dediyinə görə, Neymar rəqs meydançasında yellənərkən əla fiziki vəziyyətdə idi.

 Neymarın qonaqlarından biri ulduz oyunçu haqqında "Meydanda ayağı sınıb, amma rəqs meydançasında dəli kimi rəqs edir" deyərkən, braziliyalı oyunçunun ortağı Bruna ilə fərqli sarışın qadınla öpüşərkən göründüyü iddia edilib. Gecəni bir neçə qadınla başa vurduğu bildirilən Neymara rəhbərlik etdiyi “Əl-Hilal” klubunun hər hansı sanksiya tətbiq edib-etməyəcəyi hələlik açıqlanmayıb.