Bu gün saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Neftçilər prospekti, Azneft dairəsindən Rixard Zorge küçəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.