Binəqədidə suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində  içməli suyun  verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.