Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.

Nazirlikdən İqtisadiyyat.az-a bildirilib ki, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

"Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.