Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya məğlubiyyətdən (0:5) sonra mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

İqtisadiyyat.az "nieuwsblad.be" saytına istinadən xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarına qəzəblənib və jurnalistin "Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsızmı" sualına belə cavab verib:

"Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrariyə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər".

De Byazi bu fikirləri səsləndirdikdən sonra tərcüməçisindən xahiş edib ki, fikirlərini tərcümə etsin və belçikalı jurnalistlər də başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib