Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi son Avropa çempionu Qazaxıstan yığması üz-üzə gəlib. Oyunun qalibi qazaxlar olub - 3:2. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

Qeyd edək ki, qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.

3 noyabr

Minifutbol, dünya çempionatı

Yarımfinal mərhələsi

20:30 Azərbaycan - Qazaxıstan 2:3