Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində A qrupunda ilk oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda səfərdə Rumıniya yığması ilə qarşılaşıb. Matç Rumnıiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunun digər oyununda Niderland Qazaxıstanla üz-üzə gələcək.

DÇ-2024, elit-raund 

15 sentyabr

19:30. Rumıniya – Azərbaycan - 3:1

Qollar: Sassе, 16 (1:0), Felipinyo, 27 (1:1), Sasse, 33 (2:1), 34 (3:1)