İngiltərə millisinin iki futbolçusu Qətərdə keçirilən dünya çempionatında Fransaya qarşı 1/4 final oyununu buraxa bilər.

Deklan Rays və Harri Uilson yığmanın məşqçini buraxmalı olublar.

Rays səhhətindəki problem, Uilson isə zədə səbəbindən hazırlıq prosesinə qatılmayıb.

Qeyd edək ki, dekabrın 10-da baş tutacaq İngiltərə - Fransa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.